KİV: Aİ bir sıra sahələrdə Suriyaya qarşı sanksiyaları dayandıracaq

2025/02/252a0-1739988438.jpg
Oxunub: 482     00:41     20 Fevral 2025    
Avropa İttifaqı ölkələri enerji və nəqliyyat da daxil olmaqla bir sıra sahələrdə Suriyaya qarşı tətbiq edilən sanksiyaları dayandırmaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” müvafiq bəyannamə layihəsinə istinadən məlumat yayıb.

Sənəddə Aİ Şurasının Suriyaya qarşı enerji, nəqliyyat, ölkənin yenidən qurulması, habelə bununla bağlı maliyyə və bank əməliyyatlarının aparılması sahələrində qüvvədə olan bir sıra məhdudlaşdırıcı tədbirlərin dayandırılması qərarından bəhs edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Suriya  


Bizi "telegram"da izləyin