Litva Ukraynaya yeni hərbi yardım partiyası göndərib

2024/12/1734708562.jpg
Oxunub: 468     17:01     19 Fevral 2025    
Litva Ukrayna üçün yük maşınları, termal kameralar və digər hərbi avadanlıqdan ibarət yeni hərbi yardım partiyası göndərib.

Ordu.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yardım paketinin dəyəri "Ramştayn" formatında keçirilən son görüşdə elan edildiyi kimi, 80 milyon avro təşkil edir.

"Litvanın hazırladığı 100 milyon avro dəyərində dəstək paketi Ukraynanın ən təcili ehtiyaclarını qarşılayır. Bu paket nəzərə alınmaqla, Litvanın göstərdiyi hərbi yardımın məbləği 1 milyard avroya çatacaq", - məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Ukrayna  


Bizi "telegram"da izləyin