Aİ Ukraynaya yardım və təhlükəsizlik zəmanəti ilə bağlı məsləhətləşmələrə başlayıb

2025/02/1739970206.jpg
Oxunub: 459     17:01     19 Fevral 2025    
Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta Ukraynaya yardım və təhlükəsizlik zəmanəti ilə bağlı Avropa İttifaqına (Aİ) üzv dövlətlərlə məsləhətləşmələrə başlayıb.

Ordu.az “İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Brüsseldə Avropa İttifaqının rəsmi nümayəndələrindən biri jurnalistlərə məlumat verib.

"Antoniu Koşta Aİ ölkələrinin liderləri ilə iki mühüm mövzu ətrafında cəmləşən suallara əsaslanan sistematik və strukturlaşdırılmış məsləhətləşmə prosesini başladıb: Ukraynaya dəstək və təhlükəsizlik zəmanətləri", - o bildirib.

Aİ nümayəndəsinin sözlərinə görə, müvafiq mövzu üzrə növbədənkənar Avropa şurasının təşkili istisna edilmir, lakin hazırda Aİ-nin fövqəladə sammitinin keçirilməsi planları yoxdur: "Növbəti addımlar barədə qərar bu məsləhətləşmələr əsasında qəbul ediləcək".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ukrayna  


Bizi "telegram"da izləyin