"Trampın Rusiya əlaqələri ilə bağlı “mif” yaradanlar tutulmalıdır" – Mask

2025/02/1739188529.jpg
Oxunub: 360     13:23     19 Fevral 2025    
2020-ci ilin seçkilərindən əvvəl ABŞ prezidenti Donald Trampın Rusiya ilə əlaqələri ilə bağlı “mif” yayanları həbs etmək lazımdır.

Ordu.az xəbər verir ki, bunu amerikalı milyarder, ABŞ-nin Hökumət Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri İlon Mask jurnalist Şon Hennitiyə verdiyi müsahibədə bildirib.

Müsahibə Ağ Evin rəsmi saytında dərc olunub.

“Demək istədiyim odur ki, buna görə, xeyli sayda insan dəmir barmaqlıqlar arxasında oturmalıdır. Bu - Rusiya təsirinin olması ilə bağlı saxta “mifin” yaradılması seçkilərə biabırçı səviyyədə edilmiş bir müdaxilə idi”, - deyə Mask bildirib.

İş adamının sözlərinə görə, bir çox insanlar hələ də Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı “mifə” inanır və bunu gerçək olduğunu hesab edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mask   Tramp   Rusiya  


Bizi "telegram"da izləyin