Belçika Ukraynaya hərbçilərini göndərə bilər

2025/02/1739956914.jpg
Oxunub: 380     13:16     19 Fevral 2025    
Belçika Ukraynaya hərbçilər göndərə biləcəyini istisna etməyib.

Ordu.az “Financial Times” qəzetinə istinadən xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken bildirib.

"Belçikanın müdafiə naziri müəyyən şərtlərlə Ukraynaya qoşun göndərməyə açıq olduğunu bəyan edib", - nəşr yazıb.

Regionda asayişi qorumaq üçün hərbçilərin göndərilməsi yalnız Rusiya və Ukrayna arasında sülh müqaviləsi bağlandıqdan sonra mümkündür.

Franken qeyd edib ki, Belçika minlərlə əsgər göndərə bilməz, lakin Brüssel həmişə öz müttəfiqlərinə kömək edir.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belçika   Ukrayna   Hərbçi  


Bizi "telegram"da izləyin