Tramp Ər-Riyadda ABŞ-Rusiya görüşünü çox yaxşı adlandırıb

2025/02/image-1738988916.jpg
Oxunub: 350     03:36     19 Fevral 2025    
Birləşmiş Ştatların Prezidenti Donald Tramp Ər-Riyadda keçirilən ABŞ-Rusiya danışıqlarını çox yaxşı adlandırıb.

Ordu.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə o, yeni fərmanlarını imzaladıqdan sonra jurnalistlərə açıqlamasında deyib.

ABŞ lideri Rusiya-Ukrayna münaqişəsinin həllinə inamının gücləndiyini vurğulayıb.

Ondan Səudiyyə Ərəbistanındakı görüş və danışıqlardan sonra Rusiya-Ukrayna münaqişəsinin həllinə dair sazişin bağlanacağına əmin olub-olmaması barədə danışması istənilib. "Mən daha çox əminəm ki, onlar (danışıqlar - red.) çox yaxşı olub", - o, jurnalistlərə deyib.

İmzalanma ABŞ liderinin Florida ştatının Vest-Palm-Biç şəhəri yaxınlığında yerləşən Mar-a-Laqo malikanəsində baş tutub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Ər-Riyad   ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin