Pekin Ukrayna böhranının həlli üçün istənilən təşəbbüsü dəstəklədiyini bildirib

2025/02/1739941821.jpg
Oxunub: 306     00:51     19 Fevral 2025    
Çin Ukraynada vəziyyətin normallaşmasına xidmət edən istənilən fəaliyyəti dəstəkləyir.

Ordu.az-ın məlumatına görə, bunu Çin Xarici İşlər naziri Vanq Yi BMT Təhlükəsizlik Şurasının iclasından əvvəl deyib.

"Çin sülh danışıqlarına yönəlmiş bütün səyləri dəstəkləyir", - deyə o bildirib.

Vanq Yi qeyd edib ki, bu vəziyyətdə Pekin əvvəllər Çin sədri Si Cinpinin irəli sürdüyü dörd prinsipə - eqoist məqsədlər güdməmək, vəziyyətin gərginləşməsinə töhfə verməmək, sülhün bərpası üçün şərait yaratmaq və Ukrayna ətrafında baş verən hadisələrin qlobal iqtisadiyyata təsirini azaltmaq - sadiq qalmaqda davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Ukrayna  


Bizi "telegram"da izləyin