Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım paketi hazırlayır

2025/02/1739903103.jpg
Oxunub: 536     22:17     18 Fevral 2025    
Aİ ölkələri Kiyevin strateji mövqelərini gücləndirmək üçün Ukraynaya azı 6 milyard avro dəyərində hərbi yardım paketi hazırlayır.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, 6 milyard avroluq rəqəm “başlanğıc rəqəm” hesab olunur və bu məbləğ 10 milyard avroya qədər arta bilər.

Məqalədə deyilir ki, Avropa ölkələri Ukraynaya nə göndərə və nəyi göndərə bilməyəcəklərini anlamaq üçün ilk növbədə öz ehtiyatlarını öyrənmək niyyətindədirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ukrayna  


Bizi "telegram"da izləyin