Zelenski: "Müharibənin davamlı və təhlükəsiz sülhlə nəticələnməsi üçün səhv etməməliyik"

2025/02/1739891172.jpg
Oxunub: 414     18:37     18 Fevral 2025    
Müharibənin davamlı və təhlükəsiz sülhlə nəticələnməsi üçün səhv etməməliyik.

Ordu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, müzakirələr ədalətli olmalıdır: "Həm Avropa İttifaqı, həm ABŞ, həm də Ukrayna danışıqlar masasında oturmalıdır. Zəmanət bütün aktorların iştirakı ilə təmin edilməlidir".

V.Zelenskinin sözlərinə görtə, Türkiyənin Ukraynanın ərazi bütövlüyünə dəstəyi Kiyev üçün çox vacibdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin