Rəsmi Paris: Aİ-nin yeni sanksiya paketi Rusiyanın energetika sektorunu əhatə edəcək

2025/02/1739870629.jpg
Oxunub: 459     13:20     18 Fevral 2025    
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı növbəti sanksiyalar paketi Rusiyanın energetika sektorunu əhatə edəcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro “France Info” telekanalının efirində bildirib.

"16-cı sanksiya paketi əsasən Rusiyanın enerji resurslarını əhatə edəcək", - o qeyd edib.

Nazirin sözlərinə görə, məhdudlaşdırıcı tədbirlər həmçinin "sanksiyalardan yayınmağa kömək edən ölkələrdəki bir sıra oyunçulardan" da yan keçməyəcək.

Daha əvvəl Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyu bildirmişdi ki, Moskvaya qarşı energetika sahəsində sanksiyaların tətbiqi Brüsselin Rusiya resurslarından asılılıqdan xilas olmaq strategiyasına uyğundur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Sanksiya   Rusiya  


Bizi "telegram"da izləyin