Fransa yeni İQP-sini təqdim edib

2025/02/2025--1739870068.jpg
Oxunub: 399     16:13     18 Fevral 2025    
“KNDS France” BƏƏ-də keçirilən IDEX 2025 sərgisində CENTURIO-X30 İnsansız Quru Platformasını (İQP) rəsmi olaraq təqdim edib.

Ordu.az xəbər verir ki, “KNDS France” Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən IDEX 2025 sərgisində inkişaf etdirdiyi və modernləşdirdiyi yeni sistemləri, o cümlədən yeni İQP ilə iştirak edir.

Bu çərçivədə sərgiləndiyi konfiqurasiya ilə ilk dəfə təqdim edilən CENTURIO-X30 İQP-sinin uzaqdan əməliyyat imkanlarını qorumaqla yanaşı, piyadalara ağır atəş dəstəyi vermək üçün nəzərdə tutulduğu bildirilib.

CENTURIO-X30, adından da göründüyü kimi, 30 mm-lik (30×113) avtomatik topla təchiz edilib və KNDS-in partnyoru SOGECLAIR ilə əməkdaşlıq çərçivəsində hazırlanan PHOBOS platforması üzərində qurulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   İQP   IDEX-2025  


Bizi "telegram"da izləyin