Ukrayna Çexiya təşəbbüsü çərçivəsində 1,6 milyon artilleriya mərmisi təhvil alıb

2025/02/1739862467.jpg
Oxunub: 345     13:12     18 Fevral 2025    
Çexiya təşəbbüsü çərçivəsində Ukraynaya 1,6 milyon iriçaplı sursatın təhvil verildiyi açıqlanıb.

Ordu.az xəbər verir ki, bu barədə Çexiya prezidenti Petr Pavel məlumat verib.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində verilən məlumata görə, bir çox ölkələrin sursat tədarükü üçün vəsait ayırdığı və bu istiqamətdə işlərin davam etdiriləcəyi bildirilib.

Bu təşəbbüsün bir hissəsi olaraq Çexiya NATO müttəfiqləri tərəfindən təmin edilən maliyyə ilə bütün dünyada iriçaplı döyüş sursatları axtarmaq və almaq üçün diplomatik və sənaye imkanlarından istifadə edib.

Adının çəkilməsini istəməyən Çexiya hökumətindəki mənbə bildirib ki, yarım milyonluq tədarük yalnız 155 mm-lik artilleriya mərmilərinə aiddir, qalanları isə 100 mm-dən yuxarı çaplı mərmilərdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Çexiya  


Bizi "telegram"da izləyin