Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Almaniya Müdafiə Nazirliyi fevralın 13-də iki ölkənin bu təşəbbüsə qoşulduğunu açıqlayıb.
Beləliklə, 2022-ci ildə NATO çərçivəsində başlanan layihəyə üzv ölkələrin sayı 23-ə yüksəlib.
Portuqaliya və Albaniyanın hazırda çox məhdud HHM imkanları var. Hər iki ölkə çiyindən atılan ən çox FIM-92 “Stinger” raketlərinə malikdir. Amma bu vəziyyət dəyişmək üzrədir.
2023-cü ilin noyabrında Portuqaliya “Thales” şirkətindən “ForceShield” HHM sistemi sifariş etdiyini açıqlayıb. Bu sistemə GM200 radarı, komanda və idarəetmə mərkəzi, “StarStreak” və LMM raketləri daşıyan “RapidRanger” avtomobilləri daxildir.
Sevinc Əliyeva
Ordu.az