Ordu.az xəbər verir ki, “Göksur”un atış sınağı TCG “Beykoz”dan Sinop sahillərində həyata keçirilib.
“Göksur” idarəolunan mərmisi “Bozdoğan” raketinin yüksək performanslı imkanları ilə yanaşı, iki tərəfli məlumat əlaqəsi sayəsində Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarını qarşılayacaq şəkildə hazırlanıb.
Modulyar quruluşu, bir çox freqat və korvetlərə uyğunlaşması ilə yüksək ixrac potensialına malik olan “Göksur” Parisdə keçirilən EURONAVAL 2024 sərgisində ziyarətçilərin böyük marağına səbəb olub.

Sevinc Əliyeva
Ordu.az