Ordu.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu Tehran Polis İdarəsi cinayət işi üzrə istintaq qrupunun rəhbəri Məhəmməd Şəhriyari bildirib.
Onun sözlərinə görə, şübhəlilər məhkəmə-texniki ekspertizadan sonra həbs ediliblər: “İlkin istintaq zamanı onlar Əmir Məhəmməd Xaleqini qarət edib öldürdüklərini etiraf ediblər”.
Tələbənin qatilinin tapılması tələbi ilə Tehran Universiteti tələbələri bir neçə gün etiraz aksiyası keçirib.
Ə.M.Xaleqinin atası deyib: “Biz siyasətlə məşğul deyilik. Ancaq qatillərin cəzalandırılmasını tələb edirik”.
Bir neçə gün öncə Tehran Universitetinin 19 yaşlı tələbəsi Əmir Məhəmməd Xaleqi gecə saatlarında qətlə yetirilmişdi.
Ordu.az