Tramp ABŞ hərbçilərinin Suriyada “Əl-Qaidə”nin başçılarından birini məhv etdiyini açıqlayıb

2025/02/1739856496.jpg
Oxunub: 445     08:35     18 Fevral 2025    
ABŞ hərbçiləri ötən həftəsonu Suriyada “Əl-Qaidə” terror qruplaşmasının başçılarından birini məhv ediblər.

Ordu.az xəbər verir ki, bu barədə dövlət başçısı “Truth Social” sosial şəbəkəsində yazıb.

“Son həftəsonu Amerika qoşunları Suriyada “Əl-Qaidə” üzvlərindən birinə qarşı yüksəkdəqiqlikli hava zərbəsi endiriblər. Terrorçuların başçısı bütün region boyu “Əl-Qaidə” ilə əməkdaşlıq edirdi”, – o yazıb.

Tramp həmçinin uğurlu əməliyyata görə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla və hərbi pilotları təbrik edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Suriya   Əl-Qaidə  


Bizi "telegram"da izləyin