Rusiya Suriyada hərbi varlığını saxlayacaq

2025/02/1739819059.jpg
Oxunub: 518     00:32     18 Fevral 2025    
Rusiya Suriyada hakimiyyət dəyişikliyinə baxmayaraq, bu ölkədəki hərbi bazalarını və hərbi varlığını qoruyub saxlayacaq.

Ordu.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Moskva Suriyanın yeni hökuməti ilə razılaşma əldə etməyə yaxındır. Bu razılaşma Rusiyaya öz hərbi personalının və avadanlığının bir hissəsini ölkədə saxlamaq imkanı verəcək.

Rusiyanın Suriyadakı hərbi-dəniz və hərbi-hava bazaları üzərində nəzarəti davam etdirəcəyi güman edilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya  


Bizi "telegram"da izləyin