Avropa Ukraynada 25-30 min hərbçi yerləşdirmək variantını nəzərdən keçirir

2025/02/1739813165.jpg
Oxunub: 465     21:04     17 Fevral 2025    
Avropa liderləri Ukrayna ərazisinə 25-30 minlik kontingentin yerləşdirilməsi variantını nəzərdən keçirirlər, lakin onlar təmas xəttində yerləşməyəcəklər.

Ordu.az xəbər verir ki, bu barədə “Washington Post“ qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Avropa planlamasının son variantı təmas xətti boyunca yerləşdirilməyəcək, lakin Rusiya qoşunlarının müharibəni bərpa edəcəyi təqdirdə, güc nümayiş etdirməyə hazır olacaq bir neçə briqadadan, ola bilsin ki, 25 mindən 30 minə qədər qoşundan ibarət qüvvələrin yaradılmasını nəzərdə tutur”, - mənbə yazır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Ukrayna  


Bizi "telegram"da izləyin