Berlin Ukraynaya hərbi qüvvələrin göndərilməsinin müzakirəsini vaxtından əvvəl hesab edir

2025/02/1739800769.jpg
Oxunub: 462     17:53     17 Fevral 2025    
Almaniya hakimiyyəti hesab edir ki, Ukraynada hərbi qüvvələrin yerləşdirilməsi mümkünlüyünü müzakirə etməzdən əvvəl Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə razılaşmalara nail olmaq lazımdır.

Ordu.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Almaniya hökumətinin nümayəndəsi Kristiane Hoffmann bildirib.

"Biz dəfələrlə demişik ki, əvvəlcə Ukraynada sülhün bərqərar olub-olmadığını və bunun necə baş verdiyini görənə qədər gözləməliyik. Bundan sonra biz şərtləri və bunun necə təşkil olunacağını müzakirə edə bilərik", - o qeyd edib.

Öz növbəsində, Polşanın Baş naziri Donald Tusk Ukraynada Polşa qoşunlarının yerləşdirilməsi mümkünlüyünü nəzərdən keçirmədiyini bildirib.

"Polşa Ukraynaya indiyə qədər etdiyi qaydada - maliyyə, humanitar və hərbi imkanlarımızdan asılı olaraq kömək edəcək. Biz Ukrayna ərazisinə Polşa əsgərlərini göndərmək niyyətində deyilik", - o, bu gün jurnalistlərə söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Berlin   Ukrayna  


Bizi "telegram"da izləyin