Ordu.az xəbər verir ki, bu barədə “The Economic Times” məlumat yayıb.
Anlaşma Memorandumu BEL-in idarə heyətinin sədri Manoy Yain və “Safran” baş direktoru Frank Saudonun iştirakı ilə Hindistanda keçirilən “Aero India Airshow”da imzalanıb.
İnkişafı şərh edən BEL-in idarə heyətinin sədri BEL və “Safran” arasında planlaşdırılan birgə müəssisənin Hindistanın müdafiə sənayesi potensialının gücləndirilməsi və qabaqcıl silah sistemlərində özünü təmin etməsinə nail olmaq yolunda mühüm addım olacağını deyib.
Rəsmilər memorandumun imzalanmasından sonra sözügedən əməkdaşlığın texnologiya transferini asanlaşdıracağını və Hindistanı ağıllı sursat istehsalında qlobal bir mərkəz kimi yerləşdirəcəyini vurğulayıblar.
Sevinc Əliyeva
Ordu.az