Ordu.az xəbər verir ki, Kanada, ABŞ və Finlandiya arasında birgə buzqıran gəmi istehsalı müqaviləsində əsas rol oynayacaq gəmi istehsalçısı “Davie” qitəni təhdid edən ticarət müharibəsinə baxmayaraq, sərhədin cənubunda əməliyyatlarını genişləndirmək planları ilə irəliləyir.
“Defence News”un məlumatına görə, genişlənmənin bir hissəsi olaraq, Kanadada yerləşən çoxmillətli gəmi istehsalçısı ABŞ-nin gəmiqayırma şirkətini almağa hazırlaşır ki, bu da şirkətə Birləşmiş Ştatlarda ilk və əhəmiyyətli “ayaq izi”ni təmin edəcək.
“Davie sözçüsü” Paul Barrett açıqlamasında bildirib: “Hazırda ABŞ-yə daxil olmaq planlarımızda heç bir dəyişiklik yoxdur. Biz həmçinin köklü ABŞ gəmiqyaırma şirkətini əldə etmək üçün səylərimizi davam etdiririk. Müvəffəqiyyətli olsaq, Kvebekdəki obyektdə etdiyimiz kimi burada da təkmilləşdirmələr aparmağı planlaşdırırıq”.
Eyni zamanda “Davie” Kvebekdəki “Lévis” gəmiqayırma zavodunu Şimali Amerikanın ən böyük və çoxyönlü gəmiqayırma zavodu mərkəzinə çevirməyi hədəfləyir.
Sevinc Əliyeva
Ordu.az