Ordu.az xəbər verir ki, Fransa ordusu 2023-cü ildə təşkil edilən “Paris Air Show”da nümayişi ilə diqqət çəkən layihə olan MALE sinfinə məxsus “Aarok” PUA-sının inkişafını yaxından izləyir.
“Army Recognition” nəşrinin məlumatına görə, “Aarok” PUA-sı ilk olaraq Fransa Aerokosmik Qüvvələri ilə yanaşı, Quru Qoşunları Komandanlığının da marağına səbəb olur.
Xüsusilə, Fransa Hərbi Hava Qüvvələrinin ovaxtkı komandanı general Stefan Mill PUA-nın dizayn mərhələsindən uçuş sınaqlarına keçidlə maraqlandığını bildirib.

Mill müvafiq resursların tapıldığı təqdirdə PUA-nın sınaqlarını maliyyələşdirməyə hazır olduğunu da bildirib.
Fransanın müdafiə naziri Sebastyan Lekornü layihənin “çox maraqlı” olduğunu vurğulyıb və “Aarok”un 2024-2030 Hərbi Proqramlaşdırma Qanununa (LPM) daxil edilməsinin mümkünlüyünü qeyd edib.
Digər tərəfdən, Lekornü “Turgis & Gaillard” ilə görülən işin keyfiyyətli olduğunu və nazirlik xidmətləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyini bildirib.
Sevinc Əliyeva
Ordu.az