Ordu.az xəbər verir ki, Finlandiyanın “Patria” müdafiə şirkəti PUA sektorundakı mövqeyini gücləndirmək məqsədilə aparıcı PUA istehsalçısı və peşəkar pilot təlimi təminatçısı olan “Nordic Drones”u satın alıb.
2024-cü ilin yayında tamamlanan bu addım Finlandiyanın müdafiə sənayesini genişləndirmək və böyüyən PUA bazarında ixrac imkanlarını artırmaq yolunda mühüm mərhələyə işarə edir.
Şirkətin bildirdiyinə görə, satınalma “Nordic Drones”u “Patria”nın portfelinə inteqrasiya edərək, PUA texnologiyası sahəsində təcrübəsini gücləndirir.
Bu çərçivədə, “Defence Blog”un məlumatına görə, şirkət “Patria SKY”, “Patria ONE” və “Patria GEO” olmaqla, 3 yeni PUA sistemini təqdim edib.
Bu platformalar həm mülki, həm də hərbi tətbiqlərdə istifadə üçün hazırlanıb, təhlükəsizlikdən tutmuş məlumatların toplanması və xəritələməyə qədər geniş spektrli əməliyyat ehtiyaclarını qarşılayır.
Sevinc Əliyeva
Ordu.az