Ordu.az xəbər verir ki, şirkətin baş direktoru Armin Papperger fabrikin açılışında gecikmə olduğunu, lakin planlaşdırılan tarixdə istifadəyə veriləcəyini açıqlayıb.
“Rheinmetall”ın Ukraynada cəmi 3 fabrik qurmağı hədəflədiyini bildirən Papperger bu obyektlərin gələcəkdə müharibə şəraitindən asılı olmayaraq fəaliyyət göstərəcəyini bildirib.
O, həmçinin Almaniyada yeni fabriklərin inşasının sürətlə getdiyini vurğulayıb.
“Məsələn, biz bir neçə həftə ərzində Saksoniyada (Şərqi Almaniya) F-35 komponentləri fabriki və Avropanın ən böyük sursat fabriki üçün icazə aldıq. Ukraynada proses hələ də ləng gedir”, - deyə “Rheinmetall”ın baş direktoru vurğulayıb.
Papperger Ukraynanın Müdafiə Nazirliyi və Sənaye Nazirliyi ilə əməkdaşlığın müsbət istiqamətdə inkişaf etdiyini və layihənin birbaşa Ukrayna prezidenti tərəfindən dəstəkləndiyini qeyd edib.
Sevinc Əliyeva
Ordu.az