Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
“Safran”ın baş direktoru Olivier Andries qeyd edib: “Avropa ölkələrinin müdafiə xərclərini artırması müdafiə sənayesi üçün müsbət xəbərdir, lakin diqqətli olmalıyıq”.
Andries bildirib ki, bu gün Avropa xərcləri əsasən qeyri-Avropa sənayelərinə, xüsusən də ABŞ-yə yönəlib.
O vurğulayıb ki, Avropa müdafiə xərclərini artırdıqca, ABŞ-nin yeni administrasiyasının daha da irəli getməsi üçün təzyiqlər olacaq.
Avropa hökumətlərinin ABŞ silahlarına xərcləmələri müdafiə büdcələrinin daha çox yerli satınalmalara ayrılmasını istəyən bölgədəki bir çox şirkətlər üçün problemdir.
Müdafiə “Safran”ın gəlirlərinin təxminən beşdə birini təşkil edir. Şirkət “Dassault”un “Rafale” döyüş təyyarələri üçün M88 mühərrikləri, həmçinin hərbi helikopterlər üçün avadanlıqlar təmin edir.
Sevinc Əliyeva
Ordu.az