Rusiya hərbi qulluqçuları Ukraynaya məxsus PUA-nı ələ keçirərək, qalxdığı yeri müəyyən etməyə müvəffəq olublar - HESABAT

2025/02/6s6s6-1739610560.jpg
Oxunub: 621     17:03     17 Fevral 2025    
Rusiya hərbi qulluqçuları Ukraynaya məxsus Pilotsuz Uçuş Aparatını (PUA) ələ keçirərək, havaya qalxmaq üçün istifadə olunan yeri müəyyən etməyə müvəffəq olublar.

Ordu.az xəbər verir ki, Rusiya hərbi qulluqçularının hazırladığı hesabatda Ukrayna PUA-sının ələ keçirilməsindən sonra həyata keçirilən fəaliyyətlər barədə məlumat verilir.

Bu çərçivədə Rusiya hərbi qulluqçuları PUA-nın içərisindəki uçuş nəzarət kartını incələyərək, PUA-nın sınaqdan keçirildiyi yeri və qalxma-enmə sahəsini təyin etməyi bacardıqlarını bildirirlər.

“Əvvəlcə PUA-nı diqqətlə incələməli və uçuş nəzarətçisini tapmalıyıq. İçəridə bir “flash” yaddaş varsa, bu bizim üçün vacib bir fürsət ola bilər. Əvvəlcə bütün məlumatları kompüterə yükləyirik və xüsusilə LOG qovluğunu yoxlayırıq. Sonra “Mission Planner” proqramını quraşdıraraq, təhlil prosesinə başlayırıq.

“Mission Planner” proqramını kompüterimizə yükləyib quraşdırırıq. Bu standart bir prosedurdur və adətən heç bir problem yaşanmır. Quraşdırma başa çatdıqdan sonra “Review a Log” düyməsini sıxırıq və “flash” yaddaşda LOG qovluğunu seçirik.

Təəssüf ki, bizdə olan “flash” yaddaşda yalnız 2024-cü ilin fevral ayı tarixli fayllar var. Qalan məlumatlar PUA-nın onları qeydə almaması üçün qəsdən söndürülüb. Bununla belə, biz hələ də bu fayllardan bəzi vacib məlumatlara daxil ola bilərik”, - deyə hesabatda bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin