Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Litvanın müdafiə naziri Dovile Sakaliene bildirib ki, yerləşdirmə NATO-nun çəkindirmə və müdafiə gücünün gücləndirilməsinə əhəmiyyətli töhfə verəcək.
İtaliya hazırda Baltikyanı ölkələrdə NATO-nun hava polisi missiyasında iştirak edir və bu missiya çərçivəsində müttəfiq ölkələr rotasiya əsasında bölgəyə qoşun, təchizat yerləşdirir.
“Avropanın təhlükəsizliyi birbaşa onun Şimal-Şərq cinahının müdafiəsindən asılıdır, ona görə də biz İtaliyaya regionumuzun təhlükəsizliyinə verdiyi mühüm töhfəyə görə minnətdarıq”, - deyə Sakaliene qeyd edib.
Məlumata görə, SAMP/T sistemləri Litvada keçiriləcək NATO təliminə də dəstək verəcək.
Təlim zamanı SAMP/T HHM sistemləri, həmçinin NATO-nun Baltikyanı hava polisi missiyasının İtaliya və Fransadan olan döyüş təyyarələri Litvanın NASAMS HHM sistemləri ilə inteqrasiya olunacaq.
Təşəbbüs regional HHM əməliyyatlarını dəstəkləmək üçün sinxronizasiyanı təkmilləşdirmək məqsədi daşıyır.
Sevinc Əliyeva
Ordu.az