Küveyt HHQ-nin infrastrukturunu 1 milyard dollara gücləndirəcək

2025/02/1738904244.jpg
Oxunub: 418     06:05     07 Fevral 2025    
ABŞ Dövlət Departamenti Küveytə əmirliyin donanması üçün infrastruktur tikintisi xidmətlərinin 1 milyard dollar dəyərində satışını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Layihə Məhəmməd Əl-Əhməd Küveyt Hərbi Dəniz Bazasında qərargahın, eləcə də quru və dəniz infrastrukturunun, Ras əl-Ardda oxşar obyektin layihələndirilməsini və tikintisini nəzərdə tutur.

Agentlik əlavə edib ki, bu, regionda hərbi balansı dəyişməyəcək.

Vurğulanıb ki, təklif olunan satış ABŞ-nin Yaxın Şərqdə NTO üzvü olmayan əsas müttəfiqinin infrastrukturunun yaxşılaşdırılmasına kömək edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Küveyt   HHQ  


Bizi "telegram"da izləyin