Konqonun şərqində üsyançılar İhusi şəhərini ələ keçiriblər

2025/02/1738902854.jpg
Oxunub: 358     23:19     06 Fevral 2025    
23 Mart Hərəkatının (M23) üsyançıları Ruanda ordusunun dəstəyi ilə Konqo Demokratik Respublikasının (KDR) şərqindəki İhusi şəhəri üzərində nəzarəti təmin ediblər.

Ordu.az xəbər verir ki, bu barədə RFI radiostansiyası KDR parlamentinin aşağı palatasının spikeri Vital Kamerheyə istinadən məlumat yayıb.

Spiker üsyançıların hazırda İhusi şəhərində olduqlarını bildirib.

Qeyd edək ki, üsyançılar bir gün əvvəl Cənubi Kivuda yerləşən Nyabibve şəhərini tutmuşdular.

Döyüşlər fevralın 4-də başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Konqo   Üsyan  


Bizi "telegram"da izləyin