ABŞ dövlət katibi Qəzza əhalisinin köçürülməsi məsələsinə aydınlıq gətirib

2025/02/1738646892.jpg
Oxunub: 451     20:04     06 Fevral 2025    
ABŞ prezidenti Donald Trampın Qəzza əhalisinin köçürülməsi təklifini irəli sürəndə o yalnız müvəqqəti köçürülməni nəzərdə tutub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Qvatemalaya səfəri zamanı bildirib.

Marko Rubionun sözlərinə görə, Trampın birmənalı qarşılanmayan bu təklifi heç də məkrli məqsəd daşımayıb və Birləşmiş Ştatların bölgədə yenidənqurma işlərini öz üzərinə götürmək iradəsini sərgiləyən xoşməramlı bir addım olub.

Müdafiə naziri bildirib ki, Qəzzada dağıntıların təmizlənməsi və yenidənqurma işləri aparılana qədər əhalinin müvəqqəti relokasiyasından söz gedir.

Bu arada Ağ Evin mətbuat katibi Kerolayn Levitt də prezidentin Qəzzanın yenidən qurulmasında və proses zamanı əhalinin müvəqqəti olaraq köçürülməsində qətiyyətli olduğunu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Qəzza  


Bizi "telegram"da izləyin