Rəsmi Moskva: Tehranla əməkdaşlığı gücləndirəcəyik, sanksiyalar buna maneə deyil

2023/05/1685453268.jpg
Oxunub: 416     18:20     06 Fevral 2025    
“Moskva Tehranla əməkdaşlığı gücləndirəcək, sanksiyalar buna maneə deyil”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ABŞ prezidenti Donald Trampın İrana təzyiqlə bağlı fərmanını şərh edərkən bildirib.

"Məhz bu mənada biz iranlı dostlarımızla əməkdaşlığı davam etdirmək və xalqlarımızın mənafeyinə uyğun olaraq bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı ardıcıl şəkildə gücləndirmək niyyətindəyik. Xarici təzyiqlər və sanksiyalar buna maneə deyil. Üstəlik, onlar bəzən hətta ikitərəfli təmaslarda uzun müddət davam edən nəyisə stimullaşdırır, proseslərin sürətlənməsində katalizator rolunu oynayır”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran  


Bizi "telegram"da izləyin