Türkiyə partiyası Trampın bəyanatlarına görə ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirib

2025/02/1738854422.jpg
Oxunub: 398     18:45     06 Fevral 2025    
Türkiyənin “Vatan” partiyası ABŞ Prezidenti Donald Trampın fələstinliləri Qəzza zolağından çıxarmaq niyyətində olması ilə bağlı bəyanatından sonra ABŞ-nin Ankaradakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.

Bu barədə Ordu.az “RİA Novosti”yə istinadən xəbər verir.

"ABŞ-nin Qəzza ilə bağlı planları Böyük Kürdüstanın yaradılması üzrə böyük layihənin bir hissəsidir. Əgər biz Fələstinin dostlarıyıqsa, konkret addımlar atmalıyıq", - partiya sədrinin müavini Utku Reyhan müraciətində bildirib.

Siyasətçi Türkiyə ərazisindəki NATO hərbi bazalarının bağlanmasına çağırıb.

Daha əvvəl Tramp bəyan etmişdi ki, ABŞ Qəzza zolağını "nəzarətə götürəcək" və regionda bərpa işlərinə cavabdeh olacaq, həmçinin onu bütün dünya üçün "Yaxın Şərq Rivyerası"na çevirəcək. Bununla yanaşı, Amerika lideri hazırkı Qəzza zolağının sökülməli olduğunu, onun sakinlərinin isə birdəfəlik digər ölkələrə, o cümlədən İordaniya və Misirə köçməli olduqlarını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ABŞ  


Bizi "telegram"da izləyin