Şərqi Qara dəniz bölgəsindən ABŞ-yə 22 sektorda ixracat 93 milyon 234 min 253 dollar olub

2025/02/sdfdf-1738660019.jpg
Oxunub: 413     18:21     06 Fevral 2025    
Ötən il Şərqi Qara dəniz bölgəsindən ABŞ-yə müdafiə sənayesi başda olmaqla, 22 sektorda ixracat 93 milyon 234 min 253 dollar olub.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Şərqi Qara Dəniz İxracatçılar Birliyinin (DKİB) məlumatlarından toplanan məlumata görə, 2024-cü ildə bölgədən ABŞ-yə 6709 ton ixracat həyata keçirilib.

2023-cü ildə ABŞ-yə ixrac 74 milyon 950 min 5 dollar, 6 min 36 tona bərabər olubsa, ötən il bu rəqəm kəmiyyət etibarilə 11 faiz, dəyər baxımından isə 24 faiz artıb.

Ötən il bölgədən ABŞ-yə 22 sektordan ixracat həyata keçirilərkən, müdafiə sənayesi 47 milyon 879 min 309 dollarla liderlik edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şərqi-Qara-dəniz   ABŞ   Türkiyə  


Bizi "telegram"da izləyin