Balidə Rusiya Baş Konsulluğu yaxın vaxtlarda fəaliyyətə başlayacaq

2024/09/1726808159.jpg
Oxunub: 510     13:21     31 Yanvar 2025    
Rusiyanın Bali adasındakı Denpasar şəhərində Baş Konsulluğu yaxın vaxtlarda fəaliyyətə başlayacaq.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

"İndoneziya ənənəvi olaraq çoxlu sayda rusiyalı turistləri cəlb edir, onların hüquq və qanuni maraqlarının qorunması üçün yaxın vaxtlarda Denpasarda Rusiyanın Baş Konsulluğu fəaliyyətə başlayacaq", - diplomat qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Rusiya  


Bizi "telegram"da izləyin