“American Airlines” qəzaya uğramış təyyarənin marşrutu üzrə uçuşları bərpa edəcək

2025/01/1738309641.jpg
Oxunub: 409     11:43     31 Yanvar 2025    
“American Airlines” şirkəti bu gün axşamdan etibarən Vaşinqtonda qəzaya uğramış təyyarənin marşrutu üzrə uçuşları bərpa edəcək.

Ordu.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

"Kanzas ştatının Uiçito şəhərindən Kolumbiya dairəsinə uçuşun cümə axşamı bərpa edilməsi planlaşdırılır", - telekanalda bildirilib.

Bundan əlavə, bildirilib ki, qəzaya uğramış təyyarənin enmə üçün nəzərdə tutulduğu Vaşinqton hava limanının uçuş-enmə zolağı fevralın 7-dək bağlı olacaq.

"New York Times" qəzeti bildirmişdi ki, aviasiya şirkəti qəzadan sonra bu marşrut üzrə bütün uçuşları ləğv edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: American-Airlines   Qəza  


Bizi "telegram"da izləyin