"Türkmənistan Hava Yolları" Aşqabaddan Moskvaya uçuşların dayandırılma müddətini marta qədər uzadıb

2025/01/1738309138.jpg
Oxunub: 922     11:33     31 Yanvar 2025    
"Türkmənistan Hava Yolları" (“Turkmenistan Airlines”) aviaşirkəti Aşqabad-Moskva marşrutu üzrə uçuşların dayandırılma müddətini marta qədər uzadıb.

Ordu.az xəbər verir ki, bu barədə "İnterfaks" aviaşirkətə istinadən məlumat yayıb.

"Fevralda Moskvaya uçuşlar dayandırılıb", - aviaşirkətdən bildirilib.

Uçuşların dayandırılmasının səbəbləri açıqlanmayıb.

"Türkmənistan Hava Yolları" Moskva və Aşqabad arasında uçuşları ötən ilin sonunda dayandırıb. Reyslərin 2024-cü il dekabrın 30-dan 2025-ci il yanvarın 31-dək dayandırılacağı bildirilmiş, qərarın səbəbləri isə açıqlanmamışdı.

Hazırda S7 Rusiya və Türkmənistan arasında müntəzəm uçuşlar həyata keçirən yeganə aviadaşıyıcıdır.

Daha əvvəl bir neçə xarici aviaşirkət dekabrın 25-də "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra Rusiyaya uçuşlarını ləğv etmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aşqabad   Moskva   Turkmenistan-Airlines  


Bizi "telegram"da izləyin