Belçikada hava nəqliyyatının kəsilməsi səbəbindən AK ilə danışıqlar nəticəsiz qalıb

2025/01/1738299921.jpg
Oxunub: 832     23:39     30 Yanvar 2025    
Belçikanın paytaxtı Brüsseldə Slovakiyanın Baş naziri Robert Fitso ilə Avropa Komissiyasının nümayəndələri arasında Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması məsələsi ilə bağlı planlaşdırılan görüş baş tutmayıb.

Ordu.az xəbər verir ki, bu barədə Slovakiyanın Brüsseldəki daimi nümayəndəliyindən bildirilib.

"Brüssel hava limanı Belçika üzərindən hava hərəkətinin mümkün olmadığını bəyan edib. Baş nazirin olduğu təyyarə Slovakiyaya qayıdır", - Daimi Nümayəndəlikdən bildiriblər.

Qeyd edək ki, Belçikada hava nəqliyyatında fasilə 1 saat davam edib. Bunun idarəetmə mərkəzinin kompüter sistemindəki uğursuz yeniləmə səbəbindən baş verdiyi güman edilir. Belçika hava limanlarında hava hərəkəti tədricən bərpa olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belçika   Slovakiya  


Bizi "telegram"da izləyin