İsrail həbsxanalarından 110 fələstinli məhbus azad edilib

2025/01/1738259246.jpg
Oxunub: 519     21:24     30 Yanvar 2025    
Qəzzada atəşkəs razılaşması çərçivəsində İsrail həbsxanalarından 32-si ömürlük həbs cəzası çəkən olmaqla 110 fələstinli məhbus azad edilib.

Ordu.az xəbər verir ki, bu barədə Fələstin Məhbusları üzrə İnformasiya İdarəsinin “Telegram” kanalında məlumat yayılıb.

"Biz 110 fələstinli məhbusun üçüncü qrupunun azad edildiyini elan etməkdən məmnunuq. Onların arasında 32 ömürlük, 48 uzunmüddətli məhbus və 30 azyaşlı uşaq var", - ofisin bəyanatında deyilir.

Misirin “Əl-Qahirə əl-İxbariya” telekanalı xəbər verir ki, azad edilmiş azı 9 məhbus artıq Qəzza zolağına qayıdıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Fələstinli-məhbus  


Bizi "telegram"da izləyin