Fələstinli məhbusların bu gün azad edilməsi gözlənilir - YENİLƏNİB

2025/01/1738244365.jpg
Oxunub: 736     18:09     30 Yanvar 2025    
İsrailli girovların qaytarılması müqabilində İsrail həbsxanalarından azad edilməli olan fələstinli məhbuslar bu gün saat 17:00-da azadlığa buraxılacaqlar.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Məhbuslarla İş üzrə Ofis məlumat yayıb.

"Vasitəçilərlə aparılan danışıqlardan sonra məhbusların yerli vaxtla saat 17:00-da azad edilməsi qərara alınıb", - ofisin rəsmi “Telegram” kanalında dərc olunmuş məlumatda deyilir.

Daha əvvəl onların yanvarın 31-də azad ediləcəyi barədə məlumat verilmişdi.

***

Fələstinli məhbuslar yanvarın 31-də yerli vaxtla saat 05:00-da İsrail həbsxanalarından azad ediləcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstinli Məhbuslarla İş üzrə Ofis məlumat yayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fələstinli-məhbus   İsrail  


Bizi "telegram"da izləyin