Fransanın xarici işlər naziri Konqo Demokratik Respublikasına gedib

2025/01/1738239447.jpg
Oxunub: 657     16:14     30 Yanvar 2025    
Fransanın xarici işlər naziri Jan-Noel Barro iğtişaşların davam etdiyi Konqo Demokratik Respublikasının paytaxtı Kinşasaya gedib.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Konqo Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Fransanın XİN başçısı Konqo Demokratik Respublikasının Prezidenti Feliks Çisekedi ilə görüşəcək. Bu günlərdə Kinşasada etirazçılar bir sıra xarici ölkələrin diplomatik nümayəndəliklərinə hücum edib, yanğınlar törədiblər. Onların arasında Fransanın səfirliyi də var idi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Konqo  


Bizi "telegram"da izləyin