Kreml Vaşinqtonda qəzaya uğrayan təyyarədə rusiyalı fiqurlu konkisürənlərin olduğunu təsdiqləyib

2025/01/1738232559.jpg
Oxunub: 452     13:28     30 Yanvar 2025    
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vaşinqtonda qəzaya uğrayan təyyarənin göyərtəsində rusiyalı fiqurlu konkisürənlərin olduğunu təsdiqləyib.

Ordu.az xəbər verir ki, Kreml rəsmisi təyyarə qəzasında həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib: “Biz bu kədərli məlumatların təsdiqləndiyini görürük. Orada başqa həmvətənlərimiz də olub. Vaşinqtondan pis xəbər gəldi. Biz həmvətənlərimizi itirənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk".

Peskov təyyarə qəzasından sonra Vladimir Putinlə Donald Tramp arasında hələlik təmas planlarının olmadığını da söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Vaşinqton  


Bizi "telegram"da izləyin