Avropa Komissiyasının sədri: "ABŞ-dəki dəhşətli qəza xəbərindən dərindən kədərləndik"

2024/11/1732696639.jpg
Oxunub: 463     13:24     30 Yanvar 2025    
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ-nin paytaxtı Vaşinqtonda baş verən təyyarə qəzası ilə əlaqədar başsağlığı verib.

Ordu.az xəbər verir ki, bu barədə onun sosial şəbəkələrdəki paylaşımında bildirilib.

"Vaşinqtonda baş vermiş dəhşətli qəza - təyyarə və helikopterin toqquşması xəbərindən dərindən kədərləndik. Avropa bu ağır vaxtda həlak olanların ailələrini və bütövlükdə Amerika xalqını dəstəkləyir. Qəlbimiz və düşüncələrimiz sizinlədir", - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Avropa-Komissiyası  


Bizi "telegram"da izləyin