"İslami Cihad" azad ediləcək iki girovu qaytarıb

2025/01/1738233109.jpg
Oxunub: 395     12:45     30 Yanvar 2025    
Fələstinin "İslami Cihad" təşkilatı İsraillə əlavə mübadilə çərçivəsində bu gün azad ediləcək iki israilli girovu müttəfiqlərinə təhvil verib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın hərbi qanadı olan "Səraya əl-Qüds" qruplaşmasının “Telegram” kanalında məlumat verilib.

"İsrailli girovlar Arbel Yehud və Qadi Mozes müttəfiqlərə təhvil verilib və İsraillə razılaşma çərçivəsində bu gün azad ediləcəklər", - məlumatda qeyd olunur.

Qeyd edək ki, HƏMAS-ın hərbi qanadı olan "Əl-Qəssam" briqadaları israilli girov Aqam Bergeri Qəzza zolağındakı Cəbaliyə düşərgəsində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İslami-Cihad   Girov  


Bizi "telegram"da izləyin