ABŞ-də qəzaya uğrayan təyyarənin göyərtəsindəki 13 idmançının adı açıqlanıb

2025/01/1738232579.jpg
Oxunub: 431     12:32     30 Yanvar 2025    
ABŞ-də qəzaya uğrayan təyyarənin göyərtəsində olan fiqurlu konkisürənlərin ilkin siyahısı açıqlanıb.

Ordu.az xəbər verir ki, “Mash” teleqram kanalı məlumat yayıb.

Onların əksəriyyəti rusiyalı mühacirlərin övladlarıdır. İdmançılar ABŞ çempionatında mübarizə aparıblar.

Bunlar Endryu Toqaşev, Maksim Naumov, Alisa Yefimova, Mişa Mitrofanov, Keti Makbet, Daniil Parkman, Kristina Kerreyra, Entoni Pononarenko, Aleksey Şepetov, Annabel Morozov, Artyom Markelov, Anton Spiridonov və Danila Savelyevdir.

Daha əvvəl iki dünya çempionunun da göyərtədə olduğu açıqlanıb.

Qeyd edək ki, Vaşinqtonun mərkəzindən 10-15 dəqiqəlik məsafədə, Ronald Reyqan hava limanı yaxınlığında səmada sərnişin təyyarəsi ABŞ ordusuna məxsus helikopterlə toqquşub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Təyyarə  


Bizi "telegram"da izləyin