Bolqarıstan ilk F-16-nı tezliklə alacaq

2025/01/1738226144.jpg
Oxunub: 420     12:28     30 Yanvar 2025    
Bolqarıstan Hərbi Hava Qüvvələrinə təhvil veriləcək ilk F-16 “Blok 70” cümə günü, yanvarın 31-də “Lockhed Martin”in ABŞ-nin Cənubi Karolina ştatındakı “Greenville” obyektlərinə təhvil veriləcək.

Ordu.az xəbər verir ki, mərasimdə Bolqarıstanın müdafiə naziri Atanas Zapryanov da iştirak edəcək.

Bolqarıstan 2019 və 2022-ci illərdə imzalanmış iki ayrı müqavilə vasitəsilə ümumilikdə 16 ədəd F-16 “Blok 70” almağa ABŞ ilə razılaşıb. Ehtiyat hissələri və döyüş sursatları da daxil olmaqla, sövdələşmənin ümumi dəyəri 1,6 milyard dollar təşkil edir.

İlk təyyarə təlimlər başa çatdıqdan sonra apreldə Bolqarıstana uçacaq. 16-cı təyyarənin təhvilinin 2027-ci ilə qədər başa çatdırılması hədəflənir.

Bu tədarüklə bir müddət əvvəl “Mig-29”larını istismardan çıxaran Bolqarıstan ilk dəfə qərb tipli döyüş təyyarələrindən istifadə etməyə başlayacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bolqarıstan   F-16  


Bizi "telegram"da izləyin