Ankaranın müdafiə sənayesi ixracına verdiyi töhfə 2024-cü ildə 3,2 milyard dollara çatıb

2025/01/1738225117.jpg
Oxunub: 562     12:50     30 Yanvar 2025    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün Türkiyənin 2024-cü ildə müdafiə sənayesi ixracatının 7,1 milyard dollara çatdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Görgün Ankaranın bu ixraca 3,2 milyard dollar qatqısı ilə ən yüksək paya malik vilayət olduğunu bildirib.

Ankara Sənaye Palatasının (ASO) yanvar ayı növbədənkənar assambleyasında çıxış edən Görgün yerli və milli müdafiə sənayesi məhsullarının qlobal diqqəti cəlb etdiyini, “oyun dəyişdirici” olaraq xarakterizə edildiyini vurğulayıb.

Görgün sektorun ixracatının əvvəlki ilə nisbətən 29% artdığını, Türkiyənin dünyanın ən böyük müdafiə ixracatçıları arasında 11-ci yerə yüksəldiyini qeyd edib.

“İstehsal etdiyimiz platformalar və bu platformalardakı ixtisaslı alt komponentlər Türkiyənin müdafiə sənayesində rəqabət gücünü artırır. Əldə etdiyimiz razılaşmalar və imzaladığımız müqavilələrlə 10 milyard dollarlıq ixrac hədəfinə çox yaxın zamanda nail olacağımızı gözləyirik”, - deyə o bildirib.

Türkiyənin son zamanlar inkişaf etdirdiyi yüksək texnologiyalı müdafiə sistemləri təkcə platforma istehsalı ilə məhdudlaşmır, həm də alt komponent ixracatında əhəmiyyətli sürət verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Müdafiə-Sənayesi  


Bizi "telegram"da izləyin