ASELSAN avionik həlləri ilə etibarlı sistemlər təklif etməyə davam edir

2025/01/1738224683.jpg
Oxunub: 988     11:02     31 Yanvar 2025    
ASELSAN sosial media hesablarında avionik sistemlər sahəsində həllər təklif etməyə davam etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri yazıb.

Edilən paylaşımda qeyd edilib:

“Avionik mövzusundakı 35 ildən artıq təcrübəmizlə hava platformalarına güc əlavə edirik. Avionik sistem inkişaf etdirmə, inteqrasiya və modernləşdirmə həllərimizlə ölkə daxilində və xaricdə etibarlı sistemlər təklif etməyə davam edirik”.

ASELSAN avionik sistemləri istifadə olunacağı hərbi və ya mülki hava platformalarında məruz qalacaqları sərt ekoloji şəraitdə işləmək üçün dizayn edilib və sınaqdan keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Avionik-sistem  


Bizi "telegram"da izləyin