İtaliya Çinin “DeepSeek” SZ tətbiqi ilə bağlı araşdırmaya başlayıb

2025/01/1738224622.jpg
Oxunub: 351     10:46     31 Yanvar 2025    
İtaliyada Fərdi Məlumatların Mühafizəsi Təşkilatının (GPDP) Çinin Süni Zəka (SZ) proqramı “DeepSeek” ilə bağlı araşdırmaya başladığı və şəxsi məlumatların toplandığı mənbələr haqqında ətraflı məlumat tələb etdiyi bildirilib.

Ordu.az xəbər verir ki, GPDP tərəfindən verilən yazılı açıqlamada “DeepSeek” çatbot xidmətini təmin edən “Hangzhou DeepSeek” SZ və Pekin “DeepSeek” SZ şirkətlərindən məlumat tələb edildiyi bildirilib.

Açıqlamada deyilir ki, sözügedən Çin SZ tətbiqlərindən hansı şəxsi məlumatların, hansı mənbələrdən, hansı məqsədlərlə və hansı qanuni formada toplandığını yoxlamaq istənilib.

Bu tələbin məqsədinin toplanan məlumatların Çindəki serverlərdə saxlanıb-saxlanmadığını və İtaliyada milyonlarla insanın məlumatlarının risk altında olub-olmadığını aydınlaşdırmaq olduğu ifadə edilib.

Bildirilib ki, GPDP sözügedən şirkətlərə şəxsi məlumatları hansı mənbələrdən topladıqlarını aydınlaşdırmaq üçün 20 gün müddət verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: DeepSeek   İtaliya   Çin  


Bizi "telegram"da izləyin