Ordu.az xəbər verir ki, bu kontekstdə Brodski “Radio Svoboda”ya verdiyi müsahibədə belə xəbərlərin anlaşılmazlıqların nəticəsi olduğunu və İsrailin belə bir cəhd etmədiyini bildirib.
“Yəqin ki, sizi məyus edəcəm, amma bu, İsrailin təşəbbüsü deyil. Görünür, burada ünsiyyət xətası var. Kimsə nəyisə səhv başa düşüb”, - deyə o qeyd edib.
Brodski əvvəlki xəbərlərin həqiqəti əks etdirmədiyini vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az