Yunanıstanın müdafiə naziri Fransanın Türkiyəyə “Meteor” raketləri satma ehtimalına sərt reaksiya verib

2025/01/1738224241.jpg
Oxunub: 521     13:03     30 Yanvar 2025    
Yunanıstanın müdafiə naziri Nikos Dendias Fransanın Türkiyəyə “Meteor” raketləri satma ehtimalına sərt reaksiya verib.

Ordu.az xəbər verir ki, Dendias “X” platformasındakı paylaşımında bu vəziyyətin əleyhinə olduqlarını və Fransanın Afinadakı səfiri Laurens Auer ilə məsələni müzakirə etdiyini bildirib.

“Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və xarici işlər naziri Yorqos Yerapetritisin brifinqindən sonra mən bu gün Müdafiə Nazirliyində Fransanın Afinadakı səfiri Laurens Auer ilə görüşdüm. Görüş zamanı mən Fransanın da tərkibində olduğu konsorsiumun Türkiyəyə “Meteor” raketlərinin satışı ilə bağlı məlumatla əlaqədar rəsmi açıqlama tələb etdim”, - deyə Dendias qeyd edib.

O, Yunanıstanın bu ehtimala qəti şəkildə qarşı olduğunu vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Fransa   Türkiyə  


Bizi "telegram"da izləyin